Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - BYD ŞİRKƏTİNİN MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ ÜZRƏ İCRAÇI DİREKTORUN MÜAVİNİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

BYD ŞİRKƏTİNİN MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ ÜZRƏ İCRAÇI DİREKTORUN MÜAVİNİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

21.02.2024

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi məsələləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin BYD şirkətinin Mərkəzi Asiya ölkələri üzrə icraçı direktorun müavini İvan Sao ilə görüşüb.

Görüşdə ölkəmizin iqtisadi prioritetləri, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi barədə məlumat verilib, bu sahədə tərəfdaşlıq perspektivləri vurğulanıb, Çin şirkətləri ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət olunub. Görüşdə ekoloji baxımdan əlverişli olan texnologiyaların tətbiqi perspektivləri və bu istiqamətdə  BYD şirkəti ilə əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub.

Baxılıb: 188