VƏTƏNDAŞLARIN DAŞINMAZ ƏMLAKLA BAĞLI MÜRACİƏTLƏRİ OPERATİV HƏLLİNİ TAPIB
20.02.2024
Ordubad rayonunda torpaqlardan təyinatı üzrə istifadə olunmasına dövlət nəzarətinin artırılması və vətəndaşların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı operativliyin təmin edilməsi yanvar ayında diqqətdə saxlanılıb.
Xidmətin rayon idarəsi tərəfindən əmlaklara dair texniki sənədlərin hazırlanması üzrə sakinlərə nümunəvi xidmət göstərilib, ümumilikdə 7 daşınmaz əmlak obyektinə texniki pasport, 11 torpaq sahəsinə dair plan və ölçü hazırlanaraq sakinlərə təqdim edilib. Ay ərzində texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 2 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə edilib.
Göstərilən müvafiq xidmətlər üzrə vətəndaşların etdiyi müraciətlərə vaxtında baxılıb, müvafiq dövrdə əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 25 müraciət qəbul edilərək həllini tapıb, məhdudiyyət və yüklülüyə dair 6 arayış verilib. Həmçinin, 19 sosial, 1dublikat sənəd hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Vətəndaşların bu dövrdə etdiyi 12 şifahi müraciətlə əlaqədar mübahisələndirilən əmlaklara yerində baxış keçirilib və qanunvericiliyin tələbləri onlara izah edilib, maarifləndirmə işi diqqətdə saxlanılıb.
Rayonun Dizə və Dəstəkəndlərində səyyar xidmət təşkil edilib, xidmətdən yararlanan sakinlərin mülkiyyət sənədləri hazırlanaraq onlara təqdim olunub.
Baxılıb: 185