Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - VƏTƏNDAŞLARA 9 AY ƏRZİNDƏ NÜMUNƏVİ XİDMƏT GÖSTƏRİLİB

VƏTƏNDAŞLARA 9 AY ƏRZİNDƏ NÜMUNƏVİ XİDMƏT GÖSTƏRİLİB

20.10.2023

Muxtar respublikada daşınmaz əmlak və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində vətəndaşlara operativ xidmət göstərilir, qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsi ötən 9 ayda texniki sənədlərin sayı ilə bağlı göstəricini 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 59,6% üstələyərək buna nail olub.

Şöbə yanvar-sentyabr ayları ərzində 24 daşınmaz əmlak obyektinin texniki pasportunu hazırlayıb, 67 torpaq sahəsinin planı və ölçüsünü tərtib edib.

Rayon sakinləri tərəfindən daxil olan müraciətlərə əsasən mülkiyyət sənədlərinin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilib, nəticədə 39 müayinə aktı yazılıb. 9 ayda ümumilikdə, 452 sosial, 49 məhdudiyyət və yüklülüyə dair arayış verilib, 31 torpaq sahəsinə dair rəy, 1 bölgü və 1 birləşmə planı hazırlanaraq vətəndaşlara təqdim edilib.

Hesabat dövründə şöbəyə sakinlər tərəfindən edilən müraciətlərin də sayında artım müşahidə olunub. Belə ki, bu dövrdə 100 şifahi müraciət daxil olub. Müraciətlərlə əlaqədar əmlaklara yerində baxış keçirilib, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib, qanunvericilikdə nəzərdə tutulan tələblər vətəndaşlara ətraflı izah edilib.

 Rayonda mülkiyyət növləri üzrə torpaqlardan istifadə vəziyyəti və torpaqların mühafizəsi daim nəzarətdə saxlanılıb.

Baxılıb: 230