Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - CULFADA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİ ÖTƏN İLİN GÖSTƏRİCİSİNİ 94,2% ÜSTƏLƏYİB

CULFADA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİ ÖTƏN İLİN GÖSTƏRİCİSİNİ 94,2% ÜSTƏLƏYİB

19.10.2023

Rayonda torpaqlardan təyinatı üzrə istifadəyə dövlət nəzarətinin artırılması, əmlakların qeydiyyatının vaxtlı-vaxtında aparılması Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində əsas məqsəd kimi qarşıya qoyulub. 

İdarənin 9 aylıq fəaliyyətinin təhlili zamanı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayında 94,2% artım olduğunu müşahidə etdik. Hesabat dövründə idarə tərəfindən 153 fərdi yaşayış evinə, 70 mənzilə, 14 qeyri-yaşayış binasına, 21 qeyri-yaşayış sahəsinə məxsus ümumilikdə, 258 daşınmaz əmlak obyektinin texniki pasportu tərtib olunub. Həmçinin, 216 torpaq sahəsinin plan-ölçüsü hazırlanaraq vətəndaşlara təqdim edilib. 36 bölünmə və birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub, texniki sənədlərin hazırlanması zamanı 203 müayinə aktı yazılıb.

Bu aylar ərzində dövlət reyestrindən 583 çıxarışın, 398 sosial, 213 məhdudiyyət və yüklülüyə dair  arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qanunvericiliklə nəzərdə tutulmuş qaydada icra olunub, 79 rəy hazırlanaraq aidiyyəti üzrə verilib.

Rayon sakinlərindən idarəyə daxil olan 27 şifahi müraciət üzrə yerində araşdırılma aparılıb, müvafiq məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub.

Baxılıb: 231