KƏNGƏRLİDƏ HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYINDA 51,4% ARTIM MÜŞAHİDƏ OLUNUB
23.10.2023
Vətəndaşların müvafiq məsələlərlə bağlı müraciətlərinin Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsi tərəfindən operativ icra oluması və daşınmaz əmlak obyektlərinə məxsus texniki sənədlərin hazırlanması bu ilin ötən 9 ayında uğurla yerinə yetirilib.
Xidmətin rayon şöbəsi sakinlər tərəfindən edilən müraciətlərə əsasən müvafiq dövr ərzində ümumilikdə, 116 texniki pasport hazırlayıb ki, bunlardan 87-si fərdi yaşayış evinə, 16-sı mənzilə, 3-ü əmlak kompleksi kimi müəssisəyə, 10-u isə qeyri-yaşayış binasına məxsus olub. Həmçinin, 143 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb. Görülən işlərin nəticəsidir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayında 51,4% artım olub.
Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilib, 9 ay ərzində ümumilikdə, 82 müayinə aktı yazılıb, 11 bölgü planı hazırlanıb. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciətlərə də qanunvericiliyə uyğun və vaxtında baxılıb, dövlət reyestrindən 297 çıxarış, məhdudiyyət və yüklülüyə dair 159, əmlakın olub-olmamasına dair 426 arayış, 44 torpaq sahəsinə dair rəy hüquq sahiblərinə təqdim edilib.
Baxılıb: 214