ŞAHBUZDA HAZIRLANMIŞ MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI 2,1 DƏFƏ ARTIB
17.10.2023
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon İdarəsi yanvar-sentyabr ayları ərzində müraciətlərin operativ cavablandırılmasını, rayon ərazisindəki bütün mülkiyyət növləri üzrə torpaqlardan səmərəli və təyinatına uyğun istifadə vəziyyətini nəzarətdə saxlayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə idarə tərəfindən hazırlanan texniki sənədlərin sayı 2,1 dəfə artıb.
Şöbə tərəfindən 9 ay ərzində 134 fərdi yaşayış evinə, 15 mənzilə, 2 qeyri-yaşayış binasına, 16 qeyri-yaşayış sahəsinə məxsus 167 daşınmaz əmlak obyektinə dair texniki pasport hazırlanıb, 311 torpaq sahəsinə dair plan-ölçü tərtib edilib. Hüquqların dövlət qeydiyyatına alınması üçün ümumilikdə, 470 müraciətə baxılıb.
Hesabatı aparılan müvafiq dövrdə texniki sənədlərin hazırlanması zamanı yerində baxış keçirilən əmlaklara 333 müayinə aktı yazılıb. Məhdudiyyət və yüklülüyə dair 159, əmlakın olub-olmamasına dair 170 arayış verilib, 5 bölgü planı hazırlanıb. 12 dublikat sənəd hazırlanaraq hüquq sahiblərinə təqdim olunub. 2 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilib, müvafiq hesabatlar hazırlanıb. Vətəndaşlardan daxil olan 21 şifahi müraciətə əsasən əmlaklara yerində baxış keçirilib və qanunvericiliyin tələbləri hüquq sahiblərinə ətraflı izah edilib.
Cari ilin ötən dövründə rayon üzrə səyyar xidmət tərəfindən ümumilikdə, 9 yaşayış məntəqəsində vətəndaşların müraciətlərinə baxılıb, müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim edilib.
Rayonda fəaliyyət göstərən ailə təsərrüfatlarında əkinlərin əkin atlaslarına uyğun keçirilməsinə nail olunması, torpaqlardan səmərəli istifadə edilməsi və bələdiyyə torpaqlarının idarə olunması məqsədilə maarifləndirici tədbirlər təşkil olunub.
Baxılıb: 223