Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVAN ŞƏHƏRİ ÜZRƏ HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

NAXÇIVAN ŞƏHƏRİ ÜZRƏ HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

24.07.2023

Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ötən 6 ay ərzində diqqətdə saxlanılıb. Xidmətin Naxçıvan Şəhər İdarəsinə texniki sənədlərin hazırlanması ilə bağlı daxil olan 754 vətəndaş müraciəti müvafiq qanunvericiliyin tələblərinə uyğun həllini tapıb.

Birinci yarımildə İdarə tərəfindən 477 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 277 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunub. Yanvar-iyun aylarında hazırlanan mülkiyyət sənədlərinin sayı 2022-ci ilin müvafiq dövründəki göstəricini71,8 faiz üstələyib.Texniki sənədlərin hazırlanması zamanı 88 bölgü planı, 76 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub. Bu dövrdə 13 əmlakın qiymətləndirilməsi icra edilib, qiymətləndirilmələrə dair hesabatlar hazırlanıb.

Bələdiyyələrdən daxil olmuş 87 müraciətə əsasən müvafiq torpaq sahələrinə dair rəy və plan-sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. 10 şifahi müraciət əsasında hüquq sahibləriilə əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.

Ötən dövr ərzində Əliabad qəsəbəsində bələdiyyə sədrləri və torpaq mülkiyyətçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Həmçinin, şəhər ərazisində torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb.

Baxılıb: 92