SƏDƏRƏK RAYONUNDA ƏMLAK MƏSƏLƏLƏRİ İLƏ BAĞLI VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ OPERATİV İCRA OLUNUR
19.07.2023
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsi tərəfindən vətəndaşların əmlak, torpaq və digər fəaliyyət istiqamətləri üzrə müraciətlərinin operativ şəkildə cavablandırılması, eləcə də vətəndaşlara keyfiyyətli xidmətlər göstərilməsi cari ilin birinci yarımili ərzində də diqqət mərkəzində saxlayıb.
Rayon Şöbəsi tərəfindən ötən 6 ayda tərtib olunan mülkiyyət sənədlərinin sayı 2022-ci ilin müvafiq dövründəki göstəricini 53 faiz üstələyib. Bu dövrdə 16 daşınmaz əmlak obyektinə dair texniki pasport hazırlanıb, 36 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib.
Texniki sənədlərin hazırlanması məqsədilə vətəndaşların əmlaklarına yerində baxış keçirilib, 30 müayinə aktı yazılıb. Daxil olan müraciətlər əsasında 36 sosial, 39 məhdudiyyət və yüklülüyə dair arayış, 14 torpaq sahəsinə dair rəy, 1 bölgü və 1 birləşmə planı hazırlanıb.
Ötən müddət ərzində vətəndaşlardan daxil olmuş 72 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib və qanunvericiliyin tələbləri hüquq sahiblərinə izah edilib.
Şöbə 6 ay ərzində rayonun bütün yaşayış məntəqələrində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyətini nəzarətdə saxlayıb.
Baxılıb: 143