Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ŞAHBUZ RAYONUNDA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYINDA 2,2 DƏFƏ ARTIM OLUB

ŞAHBUZ RAYONUNDA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYINDA 2,2 DƏFƏ ARTIM OLUB

18.07.2023

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi tərəfindən cari ilin altı ayı ərzində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərici yüksəlib, torpaqlardan istifadəyə nəzarət gücləndirilib.

Ötən yarımil rayon şöbəsi tərəfindən 96 fərdi yaşayış evinə, 14 mənzilə, 1 qeyri-yaşayış binasına, 13 qeyri-yaşayış sahəsinə məxsus 124 daşınmaz əmlak obyektinə dair texniki pasport, 209 torpaq sahəsinə dair plan və ölçü hazırlanıb. Ümumilikdə, 333 texniki sənəd tərtib edilib ki, bu da əvvəlki ilin müvafiq dövründə hazırlanan mülkiyyət sənədlərini 2,2 dəfə artıb.

Cari ilin müvafiq dövründə hüquqların dövlət qeydiyyatına alınması üçün daxil olan 327 müraciətə vaxtlı-vaxtında və qanuna uyğun olaraq baxılıb, texniki sənədlərin hazırlanması zamanı əmlaklar yerində yoxlanılıb, 244 müayinə aktı yazılıb. Məhdudiyyət və yüklülüyə dair 140, əmlakın olub-olmamasına dair 106 arayış verilib, 4 bölgü planı hazırlanıb. 2 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilib.

Səyyar xidmət tərəfindən rayonun yaşayış məntəqələrində sakinlərə müvafiq xidmətlər göstərilib, müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanıb təqdim olunub. Ötən 6 ayda rayon sakinlərinin daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan təyinatına uyğun və səmərəli istifadə olunması ilə bağlı maarifləndirilməsi də diqqətdə saxlanılıb.

Baxılıb: 140