Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN YARIMİL KƏNGƏRLİDƏ DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏTƏNDAŞLARA NÜMUNƏVİ XİDMƏT GÖSTƏRİLİB

ÖTƏN YARIMİL KƏNGƏRLİDƏ DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏTƏNDAŞLARA NÜMUNƏVİ XİDMƏT GÖSTƏRİLİB

17.07.2023

Yanvar-iyun aylarında Kəngərli rayonunda daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyatı və torpaqlardan təyinatı üzrə istifadəyə, onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı görülən işlər Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsi tərəfindən davam etdirilib.

Şöbə vətəndaşlardan daxil olan müraciətlərə əsasən birinci yarımil ərzində 60 fərdi yaşayış evinin, 16 mənzilin, 3 əmlak kompleksi kimi müəssisənin, 7 qeyri-yaşayış binasının texniki pasportunu və 51 torpaq sahəsinin plan-ölçüsünü hazırlayıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə hazırlanan mülkiyyət sənədlərinin sayı 25,7 faiz artıb.

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciətlərə vaxtında baxılıb, dövlət reyestrindən 167 çıxarış, məhdudiyyət və yüklülüyə dair 109, əmlakın olub-olmamasına dair 269 arayış, torpaq sahəsinə dair 6 rəy verilib. Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilərək 63 müayinə aktı yazılıb, 8 bölgü planı hazırlanaraq vətəndaşlara təqdim edilib.

Ötən altı ay ərzində təsərrüfat sahibləri ilə görüşlər keçirilib, ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin keçirilməsinə nail olunması və torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə rayonun ailə təsərrüfatı başçıları, torpaq mülkiyyətçiləri, istifadəçilər və icarəçilər maarifləndirilib.

Baxılıb: 180