Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARDAN QANUNSUZ İSTİFADƏ HALLARI ARADAN QALDIRILIR

TORPAQLARDAN QANUNSUZ İSTİFADƏ HALLARI ARADAN QALDIRILIR

13.06.2018

    Torpaqların istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnaməyə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən monitorinqlər aparılır. Bu il aparılan monitorinqlər zamanı Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında torpaqlardan qanunsuz istifadə ilə bağlı ümumilikdə 78 fakt aşkar edilib, qanunvericiliyin tələbinə uyğun olaraq həmin faktların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülüb.
    May və iyun aylarında aparılan monitorinqlər zamanı Kəngərli rayonunun Qıvraq qəsəbəsində 1, Yurdçu kəndində 1, Qarabağlar kəndində 2, Qabıllı kəndində 3, Çalxanqala kəndində 4 fakt olmaqla, ümumilikdə rayon üzrə torpaqlardan qanunsuz istifadə ilə bağlı 11 fakt aşkar olunub. Aşkar olunmuş faktlardan 10-u aradan qaldırılıb, 1 vətəndaşa isə torpaqdan qanunsuz istifadənin aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib.
    Vətəndaşlara bildirilib ki, torpaq sahələrinin özbaşına tutulması və qeyri-qanuni tikinti işlərinin aparılması hallarına rast gəlinərsə, həmin vətəndaşlar barəsində inzibati tədbirlər görüləcək.

Baxılıb: 693