Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ MONİTORİNQLƏRİ DAVAM ETDİRİR

DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ MONİTORİNQLƏRİ DAVAM ETDİRİR

27.06.2018

    Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən torpaqlardan qanunsuz istifadə ilə bağlı monitorinqlər davam etdirilir.
    İyun ayı ərzində Şərur rayonu ərazisində aparılmış yoxlamalar zamanı rayonun Yengicə, Dizə və Stansiya Daşarx kəndlərində torpaqlardan qanunsuz istifadə ilə bağlı  4 fakt qeydə alınıb. Bunlardan 3-ü Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq aradan qaldırılıb.Özbaşına tutulmuş torpaq sahələri isə  zəbtdən azad edilərək bələdiyyə mülkiyyətinə qaytarılıb.
    Stansiya Daşarx kəndində isə bir vətəndaş tərəfindən həyətyanı torpaq sahəsindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsi faktı aşkar edilib. Belə ki, həmin şəxs həyətyanı torpaq sahəsində qanunsuz fəaliyyət göstərən pirket istehsal müəssisəsi açıb. Bununla bağlı  inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilərək, cərimə tətbiq olunub.

  Komitənin mütəxəssislərindən ibarət reyd qrupu tərəfindən mütəmadi olaraq yerlərdə monitorinqlər davam etdirilir. Aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.  Hazırki monitorinqlər  Ordubad rayonunda aparılır.
    Bu tədbirlər  torpaqların istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında əsasnaməyə uyğun olaraq həyata keçirilir.

Baxılıb: 704