Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQ SAHƏLƏRİNİN PLANAALMA İŞLƏRİ KEYFİYYƏTLƏ APARILIR

TORPAQ SAHƏLƏRİNİN PLANAALMA İŞLƏRİ KEYFİYYƏTLƏ APARILIR

12.06.2018

    “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Şərur və Babək rayonlarında torpaq sahələrinin konturlarının çöl geodeziya ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi və parametrlərin torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi davam etdirilir. Planaalma işləri Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən müasir geodeziya-ölçü avadanlıqlarından istifadə edilməklə yüksək dəqiqlik və keyfiyyətlə yerinə yetirilir.

    May ayı ərzində Şərur rayonu üzrə Cəlilkənddə 64, Tənənəmdə 283, Danyeridə 488, Xələcdə 213, Arbatanda187, Babək rayonunun Zeynəddin kəndində 278 daşınmaz əmlak obyekti plana alınıb. Ümumilikdə, ay ərzində 1513, cari ilin əvvəlindən isə muxtar respublika üzrə 6593 daşınmaz əmlak obyektinin elektron kadastr məlumatları komitənin informasiya bazasına daxil edilib. Bununla da, plana alınaraq informasiya bazasına daxil edilən torpaq sahələrinin sayı 28 minə çatdırılıb.
    Şahbuz rayonunun Kolanı, Nursu, Sələsüz və Gömür bələdiyyələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron torpaq kadastr xəritələri hazırlanıb. Kadastr xəritələrinin məlumatları ilə torpaq reyestrində saxlanılan məlumatların uyğunluğu yoxlanılmaqla aparılıb.
    Hazırda yeni texnologiyalardan, müasir çölölçmə cihaz və avadanlıqlarından və aerokosmik çəkiliş materiallarından istifadə olunmaqla ölçü işləri başa çatmış yaşayış məntəqələrinin ərazilərində mülkiyyət növündən və təyinatından asılı olmayaraq, bütün torpaq sahələrinin ölçüləri, sərhədləri, konfiqurasiyası dəqiqləşdirilir, torpaqların növləri üzrə kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişikliklər müəyyən edilir.

Baxılıb: 704