Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DÖVLƏT QEYDİYYATINA ALINAN DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN SAYI ARTIRILIR

DÖVLƏT QEYDİYYATINA ALINAN DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN SAYI ARTIRILIR

24.06.2023

Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərinin tənzimlənməsisahəsində vəzifələrin icrası 2023-cü ilin ilk beş ayı ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.

“Yaşıl enerji” layihələrinin reallaşdırılması məqsədilə 7992 hektar kənd təsərrüfatına yararsız ərazi müəyyənləşdirilmiş, yerquruluşu planları hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Yeni sənaye parkının yaradılması üçün ərazinin müəyyənləşdirilməsi və xəritələşdirilməsi istiqamətində iş aparılmış, İqdır-Naxçıvan qaz boru kəmərinin keçəcəyi ərazilərin xəritələri hazırlanaraq təhvil verilmişdir.

Yeni sənaye parkının yaradılması üçün ərazinin müəyyənləşdirilməsi və xəritələşdirilməsi istiqamətində iş aparılmış, İqdır-Naxçıvan qaz boru kəmərinin keçəcəyi ərazilərin xəritələri hazırlanaraq təhvil verilmişdir.

Suvarılan və dəmyə torpaq sahələrinin elektron xəritəsi hazırlanmış, mövcud su ehtiyatlarına və hidrotexniki qurğulara dair məlumatlar rəqəmsal xəritəyə daxil edilmişdir. Torpaqlardan təyinatı üzrə səmərəli istifadə olunmasına dövlət nəzarətinin həyata keçirilməsi diqqətdə saxlanılmış, muxtar respublika üzrə əkin dövriyyəsindən kənarda qalan 7767 hektar suvarılması mümkün olan, 1646 hektar dəmyə torpaq sahəsi xəritələşdirilmiş və kadastr uçotu aparılmışdır.

Torpaqların elektron kadastr uçotu informasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı işlər davam etdirilmişdir. Şahbuz rayonu, Naxçıvan şəhəri və ətraf yaşayış məntəqələri üzrə dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı yerləri, kommunikasiya xətləri dürüstləşdirilərək sistemin rəqəmsal kadastr xəritəsinə daxil edilmişdir.

9 sifarişçi təşkilatın müraciəti əsasında 80-ə yaxın müxtəlif məzmunlu və miqyaslı xəritələr, plan və sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Cari ilin yanvar-may ayları ərzində muxtar respublika üzrə 4104 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət reyestrində qeydiyyata alınmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 41 faiz çoxdur. Daxil olmuş müraciətlər əsasında 3098 texniki sənəd hazırlanmış, 3510 texnikisənədə dair parametrlər, kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair 5143 məlumat daşınmaz əmlakın elektron qeydiyyatısisteminə daxil edilmişdir.

Təsdiq olunmuş qrafik əsasında 38 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilmişdir. Xidmətin fəaliyyət istiqamətləri üzrə göstərdiyi elektron xidmətlərdən daxil olmuş 524 müraciətin icrası təmin edilmişdir.

Baxılıb: 185