Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - XİDMƏTİN ƏMƏKDAŞLARI ARASINDA “XƏMSƏ” MİLLİ İNTELLEKTUAL OYUNU KEÇİRİLİB

XİDMƏTİN ƏMƏKDAŞLARI ARASINDA “XƏMSƏ” MİLLİ İNTELLEKTUAL OYUNU KEÇİRİLİB

19.06.2023

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində təşkil olunan “Xəmsə” Milli İntellektual Oyunu ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. İntellekt yarışında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti aparatının, şəhər, rayon idarə və şöbələrinin, həmçinin Xidmətin tabeliyində olan “Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları iştirak edib. Oyunda iştirak edən gənclər ümumilikdə 4 komanda şəklində rəqabət aparıblar.

Oyun proqrama uyğun olaraq 5 raunddan - “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundlarından ibarət olub. Hər raunda uyğun olaraq iştirakçılar müxtəlif mövzularla bağlı səsləndirilən sualları cavablandırmağa çalışıblar.

 “Nuh yurdu” komandası intellektual yarışın qalibi olub. Qalib komandanın üzvlərinə təşkilatçılar tərəfindən diplom və təşəkkürnamələr təqdim olunub.

Baxılıb: 191