Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - KƏNGƏRLİ RAYONUNDA DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI MƏSƏLƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

KƏNGƏRLİ RAYONUNDA DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI MƏSƏLƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

08.06.2023

Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitam verilməsinin dövlət qeydiyyatı, əmlak və torpaq münasibətlərinin tənzimlənməsi ötən ay ərzində də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsi tərəfindən diqqətdə saxlanılıb. Müvafiq dövrdə rayon ərazisindəki dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan səmərəli və təyinatına uyğun istifadə vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılıb.

Sakinlər tərəfindən şöbəyə daxil olan müraciətlərlə əlaqədar 8 fərdi yaşayış evinin, 1 qeyri-yaşayış binasının texniki pasportu hazırlanıb, 10 torpaq sahəsinin plan və ölçüsü hüquq sahibi olan sakinlərə təqdib edilib. May ayında texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 7 müayinə aktı yazılıb.

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün şöbəyə edilən vətəndaş müraciətlərinə də vaxtlı-vaxtında baxılıb. Sakinlərə dövlət reyestrindən 26 çıxarış verilib, həmçinin məhdudiyyət və yüklülüyə, əmlakın olub-olmamasına dair ümumilikdə 81 arayış hazırlanıb.

Baxılıb: 104