Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATI DAVAM ETDİRİLİR

MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATI DAVAM ETDİRİLİR

07.06.2023

Əmlakın dövlət qeydiyyatı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhaliyə göstərilən xidmətlərin keyfiyyəti yüksəldilib, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə daxil olan müraciətlər operativ şəkildə həllini tapıb. Cari ilin may ayında Xidmətin Sədərək Rayon Şöbəsi də qarşıya qoyulan vəzifə və tapşırıqlar üzrə mütəşəkkil qaydada xidmət göstərib. 

Hesabat dövründə şöbə tərəfindən 5 daşınmaz əmlak obyektinin texniki pasportu, 6 torpaq sahəsinin plan-ölçüsü hazırlanaraq sakinlərə təqdim edilib. Həmçinin, məhdudiyyət və yüklülüyə dair 5, əmlakın olub-olmaması ilə bağlı 6 arayış tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Mülkiyyət sənədlərinin hazırlanması zamanı 6 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub. 6 torpaq sahəsinə dair rəy verilib.

Vətəndaşlardan şöbəyə daxil olan 12 şifahi müraciət üzrə sözügedən əmlaklar yerində ilkin baxışdan keçirilib və qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

Baxılıb: 185