Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MAY AYINDA BABƏK RAYONU ÜZRƏ 100-DƏN ARTIQ TEXNİKİ SƏNƏD HAZIRLANIB

MAY AYINDA BABƏK RAYONU ÜZRƏ 100-DƏN ARTIQ TEXNİKİ SƏNƏD HAZIRLANIB

06.06.2023

Daşınmaz əmlak və torpağın dövlət reyestrində qeydiyyatının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, yaradılan hərtərəfli şəraitdən geniş istifadə etməklə vətəndaşlara nümunəvi xidmətlərin göstərilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Bu sahədə uğurlu fəaliyyətin göstərilməsi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən may ayında da davam etdirilib.

Ötən ay ərzində idarə tərəfindən 26 fərdi yaşayış evinə, 1 qeyri-yaşayış binasına, 1 mənzilə məxsus ümumilikdə, 28 texniki pasport hazırlanıb, 75 torpaq sahəsinə dair plan və ölçü tərtib edilərək vətəndaşlara təqdim olunub. 21 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə edilib, 43 müayinə aktı yazılıb.

Hesabat dövründə hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün idarəyə vətəndaşlar tərəfindən 118 müraciət daxil olub, qəbul edilən sənədlər ilkin olaraq yoxlanıldıqdan sonra qeydiyyata alınıb. 47 məhdudiyyət və yüklülüyə, 27 əmlakın olub-olmamasına dair arayış hüquq sahiblərinə təqdim edilib. 8 vətəndaşın şifahi müraciətinə uyğun olaraq qanunvericiliyin tələbləri izah olunub.

May ayında rayonun Şəkərabad və Kültəpə kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, Yuxarı Uzunoba kəndində ailə təsərrüfatlarının inkişafı ilə bağlı bələdiyyə sədrləri, ailə təsərrüfatı başçıları və torpaq mülkiyyətçiləri maarifləndiriliblər.

Baxılıb: 201