ŞƏRUR RAYON SAKİNLƏRİNİN ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ OPERATİV HƏLL EDİLİB
05.06.2023
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən ötən ay ərzində daxil olan müraciətlərə vaxtında baxılıb, yaşayış məntəqələrinə səyyar xidmət təşkil edilib, daşınmaz əmlakın dövlət qeydiyyatı diqqətdə saxlanılıb.
May ayında rayon üzrə görülən işlər çərçivəsində 14 fərdi yaşayış evinin, 5 mənzilin, 4 qeyri-yaşayış binasının, 1 qeyri-yaşayış sahəsinin, 2 əmlak kompleksi kimi müəssisənin, ümumilikdə 26 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb. Həmçinin, 57 həyətyanı, 62 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim olunub. Texniki sənədlərin hazırlanması zamanı 7 birləşmə planı tərtib edilib, 43 müayinə aktı yazılıb.
Müvafiq dövrdə rayon sakinlərinin müraciətləri əsasında 128 sosial arayış, 58 məhdudiyyət və yüklülüyə dair arayış verilib. 12 vətəndaşın şifahi müraciətinə baxılaraq qanunvericiliyin tələblərinə uyğun həll edilib.
“Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq ailə təsərrüfatlarında əkinlərin əkin atlaslarına uyğun olaraq keçirilməsi və torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə rayonun Yengicə kəndində maarifləndirici tədbir keçirilib.
Baxılıb: 168