Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN AY 1000-Ə YAXIN DAŞINMAZ ƏMLAK OBYEKTİ DÖVLƏT QEYDİYYATINA ALINIB

ÖTƏN AY 1000-Ə YAXIN DAŞINMAZ ƏMLAK OBYEKTİ DÖVLƏT QEYDİYYATINA ALINIB

02.06.2023

Muxtar respublikada torpaqlardan səmərəli, təyinatına uyğun istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti, daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi cari ilin may ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılıb, Xidmətin bütün fəaliyyət istiqamətləri üzrə işlər uğurla yerinə yetirilib. Hesabat ayında daxil olan müraciətlər əsasında ümumilikdə 998 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

Müvafiq dövr ərzində “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq aid təşkilatların nümayəndələri ilə birgə Şərur rayonunun Yengicə və Babək rayonunun Yuxarı Uzunoba kəndlərində bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilib.

2023-cü ilin may ayında vətəndaşlar tərəfindən Xidmətə daxil olan müraciətlər əsasında ümumilikdə 695 texniki sənəd hazırlanıb. Muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 74 daşınmaz əmlak obyektinə ünvan verilib. Məhdudiyyət və yüklülüyə dair 371 arayış vətəndaşlara təqdim edilib, elektron informasiya sistemi vasitəsilə 414 əmlaka dair məhdudiyyət və yüklülük haqqında məlumat notariat ofislərinə göndərilib.

 Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 114 müraciət qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəldilib. Həmçinin, may ayında istifadəyə verilən “ASAN xidmət” Mərkəzində müvafiq xidmət növləri üzrə ümumilikdə 136 vətəndaş müraciəti qəbul edilib.

Ötən ay ərzində kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 1200 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib, 4 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib.

Qrafik üzrə təşkil olunan səyyar xidmətlər zamanı Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarındakı bir sıra yaşayış məntəqələrində vətəndaşlar qəbul edilib.

Baxılıb: 186