Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ŞƏRUR RAYONUNDA TARLA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

ŞƏRUR RAYONUNDA TARLA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

25.05.2023

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Yengicə kəndində tarla seminar-müşavirə keçirilib.

Rayonun torpaq mülkiyyətçilərinin və ailə təsərrüfatçılarının iştirak etdiyi seminar-müşavirəni Rayon İcra Hakimiyyətinin əməkdaşı Baaddin Qasımov açaraq muxtar respublikanın ailə təsərrüfatçılarına, o cümlədən Şərurun torpaq mülkiyyətçilərinə göstərilən davamlı dövlət dəstəyindən, aqrar sahənin inkişafından danışıb.

Tarla seminarda aqrar sahə ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tələblər, əkin zamanı əkin atlaslarına riayət olunması, ailə təsərrüfatlarında meyvə, tərəvəz və bostan məhsullarının qurudulub qablaşdırılması qaydaları ilə bağlı təsərrüfat sahiblərinə məlumat verilib.Vurğulanıb ki, dövlət tərəfindən ailə təsərrüfatlarının inkişafına göstərilən qayğı, o cümlədən bu sahəyə ayrılan güzəştli kreditlər və istehsal olunan məhsulların satışının təşkili ailə təsərrüfatçılarına stimul verib.

Sonda torpaq mülkiyyətçiləri ilə mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Ailə təsərrüfatçılarına maarifləndirici bukletlər də təqdim edilib.

Baxılıb: 90