VƏTƏNDAŞLARIN DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏRİ OPERATİV ŞƏKİLDƏ İCRA OLUNUB
17.05.2023
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi cari ilin aprel ayı ərzində vətəndaş müraciətlərinin həllinə operativ yanaşıb, rayonda əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasını nəzarətdə saxlayıb.
Ay ərzində 30 torpaq sahəsinə dair plan-ölçü, 17 fərdi yaşayış evinə, 2 qeyri-yaşayış sahəsinə məxsus olmaqla, ümumilikdə 19 texniki pasport hazırlanaraq vətəndaşlara təqdim olunub. Hüquqların dövlət qeydiyyatına alınması üçün 58 müraciətə baxılıb.
Şöbəyə daxil olan müraciətlər əsasında texniki sənədlərin hazırlanması ilə bağlı əmlaklara yerində baxış keçirilib, 32 müayinə aktı, 1 bölgü planı tərtib olunub. Məhdudiyyət və yüklülüyə dair 27, əmlakın olub-olmamasına dair 12 arayış, 1 dublikat sənəd verilib.
Əmlakların bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilib, daxil olan müraciətlərə qanunvericiliyə uyğun cavab verilib. Türkeş kəndində əhaliyə əmlak və torpaq məsələləri ilə əlaqədar səyyar xidmət göstərilib.
Baxılıb: 199