Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - CULFA RAYONDA HÜQUQLARIN DÖVLƏT QEYDİYYATINA ALINMASI APREL AYINDA DA YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİL OLUNUB

CULFA RAYONDA HÜQUQLARIN DÖVLƏT QEYDİYYATINA ALINMASI APREL AYINDA DA YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİL OLUNUB

16.05.2023

Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı, texniki sənədlərin hazırlanması ilə bağlı görülən işlər Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən ötən ay da diqqətdə saxlanılıb.

Rayon İdarəsi tərəfindən aprel ayı ərzində 14 fərdi yaşayış evinə, 20 mənzilə, 2 qeyri-yaşayış sahəsinə məxsus 36 texniki pasport hazırlanıb, 17 torpaq sahəsinə dair plan-ölçü tərtib edilərək hüquq sahiblərinə təqdim olunub. Texniki sənədlərin hazırlanması zamanı 16 müayinə aktı yazılıb, 5 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə edilib.

Dövlət reyestrindən 61 çıxarış, 21 sosial, 17 məhdudiyyət və yüklülüyə dair  arayışın verilməsi ilə əlaqədar qəbul edilən hüquqi sənədlər ilkin mərhələdə yoxlanılaraq icra edilib.

Ötən ay idarəyə vətəndaşlar tərəfindən ünvanlanan müraciətlər üzrə əmlaklarına yerində baxış keçirilib, araşdırmanın nəticəsi olaraq qanunvericiliyin tələbləri izah olunub. Səyyar xidmət zamanı Qızılca kəndində əhaliyə müvafiq istiqamətlər üzrə xidmətlər göstərilib.

Baxılıb: 168