BƏLƏDİYYƏ TORPAQLARINDAN SƏMƏRƏLİ İSTİFADƏ İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB
09.03.2023
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək rayonunda “Bələdiyyə torpaqarının mülkiyyətə verilməsi zamanı qanunverciliyin tələbləri” mövzusuna həsr olunan seminar keçirilib.
Rayon üzrə fəaliyyət göstərən bələdiyyə sədrlərinin və üzvlərinin iştirakı ilə keçirilən maarifləndirici tədbiri Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Müşviq Məmmədsoy açaraq rayonda bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi sahəsində görülən tədbirlərdən danışıb.
Aid təşkilatların nümayəndələri çıxış edərək bələdiyyə torpaqlarının mülkiyyətə verilməsinin qaydaları, bələdiyyə aktlarının hazırlanması və qəbul edilməsini tənzimləyən müvafiq qanunvericiliyin tələbləri, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı hərracların keçirilməsi və torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı bələdiyyə sədrlərinə və üzvlərinə ətraflı məlumat veriblər.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb. İştirakçılara “Metodik sənədlər toplusu” adlı metodiki vəsait təqdim olunub.
Baxılıb: 178