Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DÖVLƏT QEYDİYYATINA ALINAN DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN SAYI ARTIB

DÖVLƏT QEYDİYYATINA ALINAN DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN SAYI ARTIB

06.03.2023

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən cari ilin fevral ayı ərzində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı zamanı operativliyin təmin edilməsi diqqətdə saxlanılıb, Xidmətin fəaliyyət istiqamətləri üzrə qarşıya qoyulan tapşırıqların icrası davam etdirilib.

Ötən ay “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan şəhərinin Əliabad qəsəbəsində maarifləndirici tədbir keçirilib, hazırlanan kartoqramlar Naxçıvan və Əliabad bələdiyyələrinə təqdim olunub.

Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafına dəstək məqsədilə əlaqədar Culfa rayonunun Əbrəqunus kəndində ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Həmçinin, Xidmət tərəfindən Babək rayonunda torpaq mülkiyyətçilərinin iştirakı ilə əmlak və torpaq məsələlərinə dair maarifləndirici tədbir təşkil olunub.

Xidmət tərəfindən ötən ay ərzində 857 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 709 texniki sənəd hazırlanıb, ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 43 daşınmaz əmlak obyektinə ünvan verilib, 97 torpaq sahəsinin plan və ölçüsünə dair dövlət kadastr kitablarında qeyd aparılıb, məhdudiyyət və yüklülüyə dair 474 arayış verilib. Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 68 müraciət qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəldilib.

Cari ilin fevral ayında kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 850 məlumat daşınmaz əmlakın elektron qeydiyyatı sisteminə daxil edilib. 6 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib.

Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarında vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilən müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilib.

Baxılıb: 184