ÖTƏN AY ƏRZİNDƏ ORDUBAD RAYONUNDA 43 MÜLKİYYƏT SƏNƏDİ HAZIRLANIB
14.03.2023
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən fevral ayı ərzində də mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması zamanı operativliyin təmin edilməsi və vətəndaşların müraciətlərinə qanunvericiliyə uyğun baxılması diqqətdə saxlanılıb.
İdarə tərəfindən ötən ay daşınmaz əmlak obyektlərinin mülkiyyət sənədlərinin hazırlanması zamanı 14 fərdi yaşayış evinə, 4 mənzilə, 2 qeyri-yaşayış binasına məxsus cəmi 20 texniki pasport tərtib edilib, 23 torpaq sahəsinin isə plan-ölçüsü vətəndaşlara təqdim olunub. Rayonda texniki sənədlərin hazırlanması üçün əmlaklara yerində baxış keçirilib və 26 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 44 müraciət qəbul edilib. Vətəndaşlara göstərilən xidmətlər çərçivəsində 31 məhdudiyyət və yüklülüyə dair arayış, 18 sosial arayış, 5 ünvan arayışı verilib, 5 dublikat sənəd hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Ay ərzində rayon sakinlərindən idarəyə ünvanlanan 23 şifahi müraciətə əsasən əmlaklara yerində baxış keçirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.
Baxılıb: 171