ŞAHBUZ RAYONUNDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB
23.02.2023
Şahbuz rayonunda Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə və Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayevin iştirakı ilə daşınmaz əmlak və torpaq məsələləri ilə bağlı rayon sakinlərinin qəbulu təşkil olunub.
Qəbul zamanı əmlakın və torpaq sahəsinin qeydiyyata alınması, mülkiyyət hüququnun əldə edilməsi qaydası, pay torpaqlarından faktiki istifadə ilə sənədlərdəki uyğunsuzluqların aradan qaldırılması, kəndətrafı örüş sahələrinin istifadə vəziyyətində yaranmış çətinliklər, bələdiyyə mülkiyyətində olan torpaqlardan təyinatına uyğun istifadə edilməsi və digər məsələlərlə əlaqədar vətəndaşların müraciətlərinə qanunvericiliyə uyğun olaraq baxılıb.
Müvafiq məsələlərlə bağlı ümumilikdə 73 vətəndaş qəbul edilib. 10 vətəndaşın müraciəti yerində öz həllini tapıb. 36 vətəndaşa qanunvericiliklə nəzərdə tutulan tələblər izah olunub və aid qurumlara müraciət etmələri tövsiyə edilib. Yerində həll olunması mümkün olmayan məsələlərlə bağlı 12 sakinə müvafiq sənədləri təqdim etməklə müraciət etməsi izah olunub. 15 sakinin isə müraciəti üzrə əmlaka yerində baxış keçirilərək araşdırılması və həlli istiqamətində tədbirlər görülməsi aid şöbələrə tapşırılıb.
Baxılıb: 217