ƏLİABAD QƏSƏBƏSİNDƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB
16.02.2023
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Bitkilərin məhsuldarlığının artırılmasında gübrələrdən düzgün və səmərəli istifadənin rolu” mövzusunda bələdiyyə sədrlərinin, torpaq mülkiyyətçilərinin, istifadəçilərin və icarəçilərin iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Pərvin Səfərov Naxçıvan şəhərinin, o cümlədən Əliabad qəsəbəsinin torpaq mülkiyyətçilərinin yerli məhsul istehsalındakı rolundan, sakinlər tərəfindən bu sahəyə marağın artmasından və göstərilən dövlət dəstəyindən bəhs edib.
Aid mütəxəssislər tərəfindən mineral və üzvi gübrələrdən düzgün, vaxtında istifadə olunması, torpağın münbitliyinin qorunub saxlanılması, onun artırılması yolları, torpaqlardan səmərəli istifadə və torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqları, torpaqların qida maddələri ilə təmin olunma kartoqramlarından düzgün istifadə qaydalarını ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, Naxçıvan şəhərinin və Əliabad qəsəbəsinin torpaqlarının laboratoriya şəraitində analizləri aparılaraq yenilənmiş kartoqramları bələdiyyələrə təqdim olunub.
Baxılıb: 190