Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİ ÜZƏRİNDƏ MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATA ALINMASI DİQQƏTDƏ SAXLANILIR

DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİ ÜZƏRİNDƏ MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATA ALINMASI DİQQƏTDƏ SAXLANILIR

13.02.2023

Babək rayonunda daşınmaz əmlak, torpaq məsələləri və digər fəaliyyət istiqamətləri, daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və onların müdafiəsi sahəsində işlərin səmərəli təşkil edilməsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılır. Cari ilin yanvar ayında idarəyə vətəndaşlar tərəfindən müvafiq xidmət növləri üzrə daxil olan müraciətlər vaxtında cavablandırılıb, torpaq sahələrinin plan və ölçüləri tərtib edilərək sakinlərə təqdim olunub.

Ay ərzində idarə tərəfindən 16 fərdi yaşayış evinin, 1 əmlak kompleksi kimi müəssisənin, 1 mənzilin texniki pasport və 50 torpaq sahəsinin planı və ölçüsü hazırlanıb. 10 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə olunub, həmçinin 35 müayinə aktı yazılıb.

Hüquqların dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar daxil olan 87 müraciət qəbul edilib və hüquqi sənədlər ilkin olaraq yoxlanılaraq qeydiyyata alınıb. Məhdudiyyət və yüklülüyə dair 55, əmlakın olub-olmamasına dair 40 arayış verilib. 10 vətəndaşın şifahi müraciətinə baxılıb və qanunvericiliyin tələblərinə uyğun həll edilib.

Baxılıb: 253