Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - SƏDƏRƏK RAYONUNDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB

SƏDƏRƏK RAYONUNDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB

08.02.2023

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə və Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva Sədərək rayon sakinləri ilə görüşüblər. İcra Hakimiyyətində təşkil olunan qəbulda vətəndaşlar bir sıra məsələlərlə bağlı müraciət ediblər. Müraciətlərə əsasən pay torpaq sahələrinin istifadə vəziyyətində yaranmış çətinliklərin aradan qaldırılması, həyətyanı sahələrin sənədlərində dəqiqləşdirilmələrin aparılması və digər məsələlərə baxılıb, sakinlərin fikirləri dinlənilib.

Qəbul zamanı ümumilikdə 19 rayon sakinin müraciətinə qanunauyğun surətdə baxılıb. 8 vətəndaşın müraciəti yerində öz həllini tapıb.

Yerində həll olunması mümkün olmayan məsələlərlə bağlı müraciət edən 3 rayon sakininə müvafiq sənədləri təqdim etməklə müraciət etməsi izah olunub. 8vətəndaşa isə qanunvericiliyin tələbləri izah olunaraq aidiyyəti qurumlara müraciət etmələri tövsiyə olunub.

Baxılıb: 187