ÖTƏN AY ƏRZİNDƏ ŞƏRUR RAYONUNDA VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ OPERATİV CAVABLANDIRILIB
08.02.2023
Muxtar respublikada əmlak və torpağın dövlət reyestrində qeydiyyatının müvafiq qanunvericiliyin tələblərinə uyğun aparılması, torpaq idarəçiliyi sahəsində innovativ yeniliklərin tətbiqi, müasir imkanlardan geniş istifadə əsas məqsəd kimi müəyyənləşdirilib. Bu sahədə qarşıya qoyulan mühüm vəzifələr və verilən tapşırıqların həlli ilə bağlı görülən işlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən yanvar ayında da davam etdirilib.
Ötən ay ərzində idarə tərəfindən ümumilikdə 24 olmaqla, 20 fərdi yaşayış evinin, 2 mənzilin, 2 qeyri-yaşayış binasının texniki pasportu, 53 həyətyanı və 36 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan-ölçüsü hazırlanıb. 3 torpaq sahəsinə dair bölünmə və birləşmə planı tərtib edilərək hüquq sahiblərinə təqdim olunub. Texniki sənədlərin hazırlanması zamanı isə 38 müayinə aktı yazılıb.
Rayonda vətəndaş müraciətlərinin operativ cavablandırılması, müvafiq arayış almaq istəyən sakinlərin arayışla təmin edilməsi məqsədilə ay ərzində 86 sosial arayış, 74 məhdudiyyət və yüklülüyə dair arayış hazırlanaraq vətəndaşlara təqdim olunub. İdarə tərəfindən 17 vətəndaşın şifahi müraciətinə qanunamüvafiq baxılıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
Rayonun Yeni Havuş və Stansiya Daşarx kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim olunub.
Baxılıb: 213