Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARIN QİDA MADDƏLƏRİ İLƏ TƏMİNOLUNMA KARTOQRAMLARI TƏQDİM EDİLİB

TORPAQLARIN QİDA MADDƏLƏRİ İLƏ TƏMİNOLUNMA KARTOQRAMLARI TƏQDİM EDİLİB

26.10.2022

Şərur rayonunun Dizə kəndində torpaqların qida maddələri ilə təminolunma kartoqramlarının əhəmiyyəti barədə rayon icra nümayəndələri, bələdiyyə sədrləri və torpaq mülkiyyətçilərinin iştirakı ilə seminar-müşavirə keçirilib.

Tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Osman Cəlil açaraq Rayonun coğrafi mövqeyinin kənd təsərrüfatı məhsulları istehsalındakı rolundan, aqrar sahədə, eləcə də torpaqların münbitliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərdən və muxtar respublikamızda torpaq mülkiyyətçilərinə göstərilən dövlət qayğısından danışıb.

Seminar-müşavirədə torpağın məhsuldarlığının artırılmasında torpaqların qida maddələri ilə təmin olunmasının əhəmiyyəti, habelə torpaq münbitliyinin əhəmiyyəti və onun artırılması yolları, torpaqlardan səmərəli istifadə və torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqları, əkinlərinin əkin atlaslarına uyğun aparılması, növbəli əkin sistemindən və gübrələrdən düzgün istifadənin məhsuldarlıqda rolu, torpaq analizlərinin aparılması, kartoqramların əhəmiyyəti və istifadə qaydaları torpaq mülkiyyətçilərinin diqqətinə çatdırılıb. 

Torpaqların qida maddələri ilə təmin olunmasına dair yenilənmiş kartoqramlar rayonunun Dizə, Axura və Həmzəli bələdiyyələrinin sədrlərinə təqdim edilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və bukletlər təqdim olunub.

Baxılıb: 144