“TORPAQLARIN İSTİFADƏSİNƏ VƏ MÜHAFİZƏSİNƏ DÖVLƏT NƏZARƏTİNİN TƏŞKİLİ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB
29.08.2022
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində yerli bölmələrinin əməkdaşlarının iştirak ilə “Torpaqların istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin təşkili” mövzusunda təlim keçirilib.
Xidmətin Torpaq şöbəsinin müdiri İntizar Həziyev bildirib ki, mülkiyyət növləri üzrə torpaqların idarə edilməsi Azərbaycan Respublikasının torpaq münasibətlərini tənzimləyən qanunları və digər normativ hüquqi aktları vasitəsi ilə həyata keçirilir. Qanunvericiliklə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri müəyyənləşdirilir ki, bu vəzifələr də torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir.
Şöbənin sektor müdiri Oqtay Məmmədov torpaqların idarə edilməsinin əsasları, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti, torpaq qanunvericiliyini pozan vəzifəli, fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi həmçinin protokolların tərtib olunması qaydaları haqqında təlim iştirakçılarına ətraflı məlumat verib.
Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və maarifləndirici bukletlər təqdim olunub.
Baxılıb: 247