Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - SƏDƏRƏK RAYONUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

SƏDƏRƏK RAYONUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

17.08.2022

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfat nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Sədərək Rayonunun Heydərabad qəsəbəsində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.

Seminar-müşavirəni giriş sözü ilə Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Natiq Əliyev açaraq rayonun muxtar respublikada kənd təsərrüfatı sahəsindəki rolundan, qazanılmış nailiyyətlərdən, eləcə də keçirilən tədbirin əhəmiyyəti barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq aid təşkilatların nümayəndələri tərəfindən mövcud torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi, torpaqların münbitliyinin əhəmiyyəti və onun artırılması yolları, şoranlaşmaya meylli torpaqlarda pestisid yükünün minimum səviyyəyə endirilməsi, kənd təsərrüfatında innovativ texnologiyaların və mütərəqqi əkin üsullarının tətbiqi, o cümlədən növbəli əkin sisteminin tətbiq edilməsi və düzgün aparılması barədə iştirakçılara məlumat verilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və maarifləndirici bukletlər təqdim olunub. 

Baxılıb: 162