Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN AY 471 DAŞINMAZ ƏMLAK OBYEKTİ ÜZƏRİNDƏ HÜQUQLAR DÖVLƏT QEYDİYYATINA ALINIB

ÖTƏN AY 471 DAŞINMAZ ƏMLAK OBYEKTİ ÜZƏRİNDƏ HÜQUQLAR DÖVLƏT QEYDİYYATINA ALINIB

15.08.2022

Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi iyul ayı ərzində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan şəhəri, Şərur, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonlarının sərhədləri daxilində əkin dövriyyəsindən kənarda qalmış torpaqların əhatə etdiyi ərazilərin xəritələri hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyinə və müvafiq rayon (şəhər) icra hakimiyyətlərinə təqdim edilmişdir. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Ordubad rayonu üzrə meyvə bağları və yaşıllıq zolaqlarına dair məlumatlar dəqiqləşdirilərək Torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmişdir.

Ötən ay 471 daşınmaz əmlak obyekti üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 378 texniki sənəd hazırlanmış, 32 daşınmaz əmlak obyektinə ünvan verilmişdir. 67 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə hesabat ayında Şərur şəhərinin, Şahbuz rayonunun Şahbuz şəhəri və Keçili kəndinin ərazisində monitorinqlər başa çatdırılmış, aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılmışdır. Şahbuz rayonunun Mahmudoba və Nursu kəndlərinin ərazisində monitorinqlər davam etdirilmişdir.Şərur rayonunun Cəlilkənd, Axaməd, Babək rayonunun Göynük, Xalxal, Ordubad rayonunun Darkənd, Ağrı, Culfa rayonunun Teyvaz, Şahbuz rayonunun Güney Qışlaq kəndlərində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunmuşdur.

Baxılıb: 161