DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏZİFƏLƏR UĞURLA İCRA OLUNUR
08.08.2022
Torpaqların idarəçiliyi sahəsində yeni yanaşmaların tətbiqi, əmlak münasibətlərində qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlak subyektlərinin dövlət reyestrinin aparılması Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən cari ilin iyul ayında da diqqət mərkəzində saxlanılaraq mütəşəkkil davam etdirilib.
Ay ərzində 8 fərdi yaşayış evinə, 3 mənzilə məxsus texniki pasport hazırlanıb, 15 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 7 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 31 müraciət qəbul edilib və icra olunub. Məhdudiyyət və yüklülüyə dair 18 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qanunvericiliyə uyğun icra edilib, 11 sosial arayış hazırlanaraq vətəndaşlara təqdim olunub.
Vətəndaşlardan daxil olmuş 4 yazılı və 2 şifahi müraciətlə əlaqədar operativ olaraq əmlaklara yerində baxış keçirilib, qanunamüvafiq icra edilib və qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.
Baxılıb: 233