NÖVBƏTİ SEMİNAR-MÜŞAVİRƏ ORDUBAD RAYONUNDA KEÇİRİLİB
29.07.2022
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfat Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidməti və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 iyul 2022-ci il tarixdə Ordubad rayonunun Azadkəndində rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatları və torpaq mülkiyyətçiləri ilə seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Zamiq Babayev açaraq rayonda aqrar sahədə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən, muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından danışıb.
Aid təşkilatların nümayəndələri tərəfindən ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, əkinlərinin əkin atlaslarına uyğun aparılmasının əhəmiyyəti, torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələbləri, növbəli əkin sisteminin əhəmiyyəti və şırım üsulunun üstünlükləri, ailə təsərrüfatlarının kiçik sahibkarlıq subyektlərinə çevrilməsi barədə məlumatlar ailə təsərrüfatları nümayəndələrinin və torpaq mülkiyyətçilərinin diqqətinə çatdırılıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib və bukletlər təqdim olunub.
Baxılıb: 242