Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKLA BAĞLI MÜRACİƏTLƏR OPERATİV İCRA OLUNUR

DAŞINMAZ ƏMLAKLA BAĞLI MÜRACİƏTLƏR OPERATİV İCRA OLUNUR

20.07.2022

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi 2022-ci ilin I yarımili ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi tərəfindən diqqət mərkəzində saxlanılıb.

Şöbə tərəfindən 43 fərdi yaşayış evinə, 10 mənzilə, 2 qeyri-yaşayış binasına məxsus olmaqla, 55 daşınmaz əmlak obyektinə dair texniki pasport, 99 torpaq sahəsinə dair plan-ölçü hazırlanıb. Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilib, 118 müayinə aktı yazılıb.

Hüquqların dövlət qeydiyyatına alınması üçün 168 müraciətə baxılıb. Məhdudiyyət və yüklülüyə dair 112, əmlakın olub-olmamasına dair 89 arayış hazırlanaraq hüquq sahiblərinə təqdim olunub. Vətəndaşlardan daxil olmuş 1 yazılı, 30 şifahi müraciət əsasında əmlaklara yerində baxış keçirilərək, müraciətlər qanunauyğun cavablandırılıb.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə rayonunun Türkeş, Sələsüz, Daylaqlı, Mərəlik, Kiçikoba, Külüs və Şahbuzkənd kəndlərinin ərazisində monitorinqlər başa çatdırılaraq müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb.

Ötən dövr ərzində rayonun altı yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.

 

Baxılıb: 250