Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKIN İNVENTARLAŞDIRILMASI DİQQƏTDƏ SAXLANILIR

DAŞINMAZ ƏMLAKIN İNVENTARLAŞDIRILMASI DİQQƏTDƏ SAXLANILIR

19.07.2022

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən 2022-ci ilin I yarımili ərzində mülkiyyət sənədlərinin hazırlanması üçün 439 müraciətə baxılıb. Müraciətlər əsasında 155 fərdi yaşayış evinin, 70 mənzilin, 1 qeyri-yaşayış sahəsinin, 2 qeyri-yaşayış binasının, ümumilikdə, 228 daşınmaz əmlak obyektinin texniki pasportu, 211 torpaq sahəsinin plan-ölçüsü hazırlanaraq vətəndaşlara təqdim olunub. Texniki sənədlərin hazırlanması zamanı 60 bölgü planı, 30 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub.

Altı ay ərzində 90 əmlakın qiymətləndirilməsi icra edilib, qiymətləndirilmələrə dair hesabatlar hazırlanıb. Vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.

Ötən dövr ərzində Naxçıvan şəhəri ərazisində dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb, torpaqdan qanunsuz istifadəyə dair aşkarlanmış faktlar aradan qaldırılıb.

 

Baxılıb: 237