Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARDAN QANUNSUZ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR

TORPAQLARDAN QANUNSUZ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR

20.06.2019

  Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə monitorinqlər davam etdirilir. Aparılan monitorinqlər zamanı Babək rayonunun Məzrə kəndində sakinlər tərəfindən qeyri qanuni istifadə faktları aşkar olunub. Kənd sakinləri tərəfindən qanunsuz istifadə edilən torpaq sahələrinin metal çəpərləri sökülərək əvvəlki vəziyyətinə qaytarılıb.

  Qeyd edək ki, Babək rayonunun Məzrə kəndində may-iyun aylarında aparılmış monitorinqlər nəticəsində 41 fiziki şəxs tərəfindən bələdiyyə mülkiyyətinə aid 2,4 ha torpaq sahəsinin zəbt olunması aşkar olunub. Bu cür halların aradan qaldırılması məqsədi ilə sakinlərə torpaq qanunvericiliyinin tələbləri izah edilib, maarifləndirmə işi aparılıb.

  Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağandır. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Baxılıb: 1383