DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ OPERATİV HƏLL EDİLİR
05.06.2019
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsi tərəfindən 2019-cu ilin may ayında da vətəndaşların müraciətlərinin operativ həlli diqqətdə saxlanılıb.
Müraciətlər əsasında ay ərzində 4 fərdi yaşayış evinə, 2 mənzilə məxsus texniki pasport hazırlanıb.
Plan-ölçünün hazırlanması üçün 15, hüquqların dövlət qeydiyyatına alınması üçün 24 müraciətə baxılıb. Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilib, 6 müayinə aktı yazılıb. Məhdudiyyət və yüklülüyə dair 25 arayış, 6 sosial arayış verilib.
5 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.
Kolanı kəndində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim edilib.