Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ŞƏRUR RAYONUNDA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

ŞƏRUR RAYONUNDA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

14.07.2022

Vətəndaşların daşınmaz əmlak və torpaqla əlaqədar müraciətlərinin operativ şəkildə cavablandırılması və göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi birinci yarımil ərzində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılıb.

I yarımil ərzində idarə tərəfindən 95 fərdi yaşayış evinin, 21 mənzilin, 1 əmlak kompleksi kimi müəssisənin, 6 qeyri-yaşayış binasının, 5 qeyri-yaşayış sahəsinin, ümumilikdə, 128 daşınmaz əmlak obyektinin texniki pasportu, 322 həyətyanı, 179 kənd təsərrüfatı təyinatlı olmaqla, 501 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 21,8% artıb.

Texniki sənədlərin hazırlanması zamanı 207 müayinə aktı yazılıb, 7 bölünmə, 30 birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub. 158 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 548 arayış hazırlanaraq vətəndaşlara təqdim edilib.

81 vətəndaşın şifahi müraciətinə baxılaraq müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Tənənəm, Xanlıqlar, Tumaslı, Püsyan, Dərvişlər, Muğanlı, Həmzəli, Alışar, Şahbulaq, Siyaqut, Gümüşlü, Aşağı Yaycı, Yuxarı Yaycı, Axura kəndlərinin ərazisində monitorinqlər başa çatdırılaraq müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb.

 

Baxılıb: 317