Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MUXTAR RESPUBLİKADA QEYDİYYATI APARILMIŞ DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN SAYI ARTIB

MUXTAR RESPUBLİKADA QEYDİYYATI APARILMIŞ DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN SAYI ARTIB

15.07.2022

Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdə operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna xüsusi önəm verir. Bu sahədə tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə imkan yaradıb. Belə ki, cari ilin I yarımili ərzində 3565 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bunun 1119 ilkin, 2446 təkrar qeydiyyatdır. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyatı aparılmış daşınmaz əmlak obyektlərinin sayı 3,5 faiz artıb.

Hüquqlar dövlət reyestrində qeydiyyata alınmış əmlaklardan 1300 torpaq sahəsi, 53 qeyri-yaşayış binası, 48 qeyri-yaşayış sahəsi, 782 mənzil, 1364 fərdi yaşayış evi, 10 bağ evi, 8 əmlak kompleksi kimi müəssisə olub. Daxil olmuş müraciətlər əsasında 1014 əmlaka dair texniki pasport, 1532 torpaq sahələsinə dair plan-ölçü olmaqla, 2546 texniki sənəd hazırlanıb.

Qeyd edək ki, dövr ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 1514-ü Naxçıvan şəhərinin, 709-u Şərur, 558-i Babək, 211-i Ordubad, 228-i Culfa, 177-si Şahbuz, 128-i Kəngərli və 40-ı Sədərək rayonlarının payına düşüb.

Ötən altı ay ərzində 48 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 30 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

 

Baxılıb: 298