DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQ MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİ SAHƏSİNDƏ QARŞIYA QOYULMUŞ VƏZİFƏLƏRİN İCRASI DAVAM ETDİRİLİR
14.07.2022
Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası 2022-ci ilin I yarımili ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən diqqətdə saxlanılmışdır.
Altı ay ərzində 121 daşınmaz əmlak obyektinə məxsus texniki pasport hazırlanmış, 345 torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. 79 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə olunmuşdur. 232 müayinə aktı yazılmışdır.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 515 müraciət daxil olmuş, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qeydiyyata alınmışdır. Məhdudiyyət və yüklülüyə dair 313, əmlakın olub-olmamasına dair 90 arayış, 78 torpaq sahəsinə dair rəy verilmişdir.
7 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilmiş, müvafiq hesabatlar hazırlanmışdır.
Daxil olmuş 25 şifahi müraciət yerində araşdırılmış və qanunvericiliyin tələbləri vətəndaşlara izah olunmuşdur.
Təsdiq olunmuş qrafik əsasında rayonunun 11 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunmuşdur.
Baxılıb: 241