Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - “TORPAQLARIN ELEKTRON KADASTR UÇOTU İNFORMASİYA SİSTEMİNDƏ TORPAQ SAHƏLƏRİNİN MÜVAFİQ KOORDİNAT ÜZRƏ YIĞILMASI VƏ BÖLGÜ PLANLARININ TƏRTİBİ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

“TORPAQLARIN ELEKTRON KADASTR UÇOTU İNFORMASİYA SİSTEMİNDƏ TORPAQ SAHƏLƏRİNİN MÜVAFİQ KOORDİNAT ÜZRƏ YIĞILMASI VƏ BÖLGÜ PLANLARININ TƏRTİBİ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

28.06.2022

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində yerli bölmələrinin əməkdaşlarının iştirak ilə “Torpaqların elektron kadastr uçotu informasiya sistemində torpaq sahələrinin müvafiq koordinat üzrə yığılması və bölgü planlarının tərtibi” mövzusunda təlim keçirilib.

Xidmətin Torpaq şöbəsinin müdiri İntizar Həziyev bildirib ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və  texniki  sənədlərindəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) aradan qaldırılmasında, torpaq sahəsinə dair texniki sənədlərin elektron sistem vasitəsilə verilməsinə, əmlak bankının təkmilləşməsinə və digər mühüm məsələlərin həllində mühüm əhəmiyyət daşıyır.

Şöbənin məsləhətçisi İbrahimli İbrahim bölgü planın tərtib edilməsi, sistemdən parsellərin Autocada çevrilməsi, torpaq sahəsinin plan-ölçüsünün hazırlanmasında parametrlərin dəqiqliklə nizamlanması, köhnə pasportlarla bağlı sahə və ya konfiqurasiya problemlərinin aradan qaldırılması və torpaq sahəsinin qonşuluqlarının dəqiqliklə göstərilməsi qaydaları haqqında təlim iştirakçılarına ətraflı məlumat verib.

Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb.

Baxılıb: 258