KƏNGƏRLİ RAYONUNDA MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB
16.05.2022
Kəngərli rayonunun Böyükdüz kəndində Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə kənd təsərrüfatı bitkilərinin əkin atlaslarına uyğun keçirilməsi, torpaqlardan səmərəli istifadə olunması barədə rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatçıları və torpaq mülkiyyətçiləri ilə tarla seminar-müşavirəsi keçirilib.
Seminar-müşavirəni giriş sözü ilə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Ağa Seyidov açaraq rayonda aqrar sahədə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən və muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından danışıb.
Tədbirdə aid təşkilatların nümayəndələri tərəfindən nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq mütəxəssis məsləhətləri ailə təsərrüfatları nümayəndələrinin və torpaq mülkiyyətçilərinin diqqətinə çatdırılıb.
Torpaqlardan səmərəli istifadə yolları və bu sahə üzrə qanunvericiliyin tələbləri, yaz əkinlərinin əkin atlaslarına uyğun aparılması, yağlı bitkilərin iqtisadi səmərəsi və əhəmiyyəti, növbəli əkin sisteminin tətbiqi, ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, meyvə və tərəvəzlərin eyni zamanda bostan məhsullarının qurudulması, qablaşdırılması və etiketlənməsi, habelə necə realizə olunması, barədə təsərrüfat sahiblərinə məlumat verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və bukletlər təqdim olunub.
Baxılıb: 232