ƏMLAK VƏ TORPAQ MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİ SAHƏSİNDƏ İŞLƏR MÜTƏŞƏKKİLLİKLƏ DAVAM ETDİRİLİR
17.05.2022
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinin operativ şəkildə cavablandırılması qarşıda duran həlli vacib məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılıb. Bu baxımdan daşınmaz əmlak, torpaq və digər fəaliyyət istiqamətləri üzrə görülən işlər aprel ayında da mütəşəkkilliklə davam etdirilmiş, 13 fərdi yaşayış evinə, 2 mənzilə məxsus olmaqla, ümumilikdə, 15 daşınmaz əmlak obyektinin texniki pasportu, 21 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim olunmuşdur. Texniki sənədlərin hazırlanması üçün əmlaklara yerində baxış keçirilmiş, 19 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə edilmişdir.
Ötən ay ərzində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 34 müraciət qəbul olunmuş, məhdudiyyət və yüklülüyə dair 33 arayış verilmişdir.
Vətəndaşlardan daxil olmuş 16 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilmiş, müvafiq qanunvericiliyin tələbi vətəndaşlara izah edilmişdir.
Baxılıb: 232