Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - HÜQUQLARIN DÖVLƏT QEYDİYYATINA ALINMASI OPERATİV İCRA OLUNUR

HÜQUQLARIN DÖVLƏT QEYDİYYATINA ALINMASI OPERATİV İCRA OLUNUR

16.05.2022

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən aprel ayı ərzində diqqətdə saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq Babək şəhərində bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 98 müraciət daxil olmuş, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qeydiyyata alınmışdır. Məhdudiyyət və yüklülüyə dair 57, əmlakın olub-olmamasına dair 5 arayış, 13 torpaq sahəsinə dair rəy verilmişdir.

Ayı ərzində idarə tərəfindən 20 fərdi yaşayış evinə məxsus texniki pasport hazırlanmış, 65 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilmişdir. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilmiş, 46 müayinə aktı yazılmışdır.

Rayonun Payız və Nəhəcir kəndlərində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim olunmuşdur.

Baxılıb: 220