Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - VƏTƏNDAŞLARA SƏYYAR XİDMƏT GÖSTƏRİLİB

VƏTƏNDAŞLARA SƏYYAR XİDMƏT GÖSTƏRİLİB

23.05.2019

sekil bina Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara səyyar xidmətlərin göstərilməsi davam etdirilir. Mayın 23-də Komitənin səyyar xidmət qrupu Şərur rayonunun Kosacan kəndində olub. Daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı üçün müraciət edən 10 vətəndaşın ərizəsi qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib. Texniki sənədlərin hazırlanması üçün müasir geodeziya-ölçü avadanlıqları vasitəsi ilə torpaq sahələrinin ölçüləri müəyyənləşdirilib. Qəbul edilmiş sənədlər Komitənin Şərur Rayon İdarəsi tərəfindən elektron sistemə daxil edilib.
  Qeyd edək ki, səyyar xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin - torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi,

daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında hüquqların qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlaklara məhdudiyyət və yüklülüyə dair arayışların verilməsi, daşınmaz əmlakın texniki pasportunun və torpaq sahəsinin plan-ölçüsünün hazırlanması, ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması üçün sənədlərin qəbulu aparılır.

Baxılıb: 1365