ÖTƏN AY 85 DAŞINMAZ ƏMLAK OBYEKTİNƏ MƏXSUS TEXNİKİ SƏNƏD HAZIRLANIB
06.06.2019
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur Rayon İdarəsi tərəfindən 2019-cu ilin may ayında daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılıb.
Ay ərzində 14 daşınmaz əmlak obyektinin texniki pasportu, 71 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb. Texniki sənədlərin hazırlanması zamanı 20 müayinə aktı, 3 bölgü planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub.
Vətəndaşların müraciətləri əsasında 21 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 62 arayış hazırlanaraq təqdim edilib. 16 vətəndaşın şifahi müraciətinə baxılıb və qanunvericiliyin tələblərinə uyğun həll edilib.
Rayonun Kosacan və Qaraburc kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunub.